Uşaqlıq dostlarım Hüseynlə Mikayılın xatirəsinə

Bu bahar günü qorxum yox,nə məni özgə günlərdən qoruyanölüm günümün sayıqlığından,nə qara torpağın soyuqluğundan.Davadan kürəyimdə çıxartdığımbir yaralı qardaş ağırlığıdı mənəsinə daşının ağırlığı da.Bir də məndən qabaq gedən dostlarçoxdan isitmiş olarlar qara torpaqları.Qardaşım ölüm gəlincəTəzə güllü üz çəkilmiş yorğanıqaldırırmış kimi qaldırıb yerüzünüenəcəm Hüseynlə Mikayılın yanına.Hüseynin ələmini daşıdım dəfnində,Mikayılın nə tabutunu gördüm, nə qəbrini.Ancaq bilirəm, Mikayıl dabir söz deyib qırmaz qəlbimi.Qara torpaqda çoxdan isitdiyi yeriniçəkilib verəcək mənə.

Qardaşlar! İsitdiyimiz yeriçəkilib bir-birimizə verə-verəqoymayacağıq bizdən sonra gələnlərbu qara torpağın soyuqluğunu bilələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm