İlahi bir ziddiyət
...Yaşadıb ilahi bir ziddiyətiBir boğaz yaranır iki axından.Sular axışından usanmaz qəti,Sahil də bir yerdə dayanmağından.
Tutub ətəyindən “Allah kərim”in
Payız meşəsində qış həyəcanı.Orda öldürülən ümidləriminHər axşam sulara tökülür qanı.
Gah qürub yerini, gah dan yeriniÖpər gözəlliyin Tanrısı bir şam.Yığıb ləpələrdən şəfəqləriniDağların ardına enər hər axşam...
Niyyətin ölümdən başqa adı yox,Qəm çəkər qəlbinə daman yolları.Axtarma, dünyanın qum saatı yox,Geriyə işləməz zaman yolları...
(Qurbətdə işıq da könülsüz yanır,Qurbətdə gec yanır, tez əriyir şam.Qəribin gözünə tez batır günəş,Qürbətdə həvəsdən tez düşür ahşam.)
Sular ayrılığa qoşan axındı,Dərdini çəkmədə dərə diklərin.Bəlkə itirdiyin qazandığındı,Bəlkə qazandığın itirdiklərin?
Gizlidi çağlayan sularda sirrin,Başı keçmişinə bağlanan susan.Sonu yox dördəlli tutduğu yerin,Unutduğu yerin oğludur insan!
Dəyib qayıtmağa yer gezir sesinSözünü dağlara deyib qayıdır.Hərdən ölə-ölə ölüm həvəsin,Gedib o dünyaya dəyib qayıdır..
Hələ yol uzaqdı edam yerinə,Qarşıda çiləli gor var, kəfin var.Hələ qoyulursan adam yerinəHələ yaşanası bir görəvin var.
Vaxtın astarına çevrildi dost daYara yox, yaranın yeri göynədir.Qoca Aristotel mənə AsosdaOn ildi ayrılıq dərsi öyrədir.
Hər yolun sonunda bir ayrılıq var,-Mən də qızlarıma verdim bu dərsi.Boğazda sular da ters-avand axar,Onsuz da ölümdü olumun tərsi...
Gündüz-astarına çevrilən gecəHəyatda boş qalan yeri görünmək,Girib yaddaşlarda yaşamaq necəHəsrət sularında sirri görünmek...
Bu sular boğazdan axıb,axacaq,Axıb xəbər verir su ayrılıqdan.Bəlkə də qızlarım karlı çıxacaq,Ölüm ətri gələn bu ayrılıqdan!
Gün batar, sulara çəkər kölgəmiHeyat bir oyunmuş, rəqib aparır.Mənim həsrətimə yüklənən gəmiCanını bir təhər çəkib aparır...
Mən də ki,yolçuyam gedərgələməzə,Uçan bir qayadan nə qalar dağa?Ya elə köhnəyəm,ya elə təzə,Əcəl məzar gəzər məni satmağa.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-ilahi-bir-ziddiyet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
خوشا در جستجویت از پی رنگ قبا گشتنتو را از دور غافل دیدن و بیدست و پا گشتن
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.