O, kimdi,və sairəAtəşi tükənən muğ :Çəkdiyin bir dairə,Və...içindəki boşluq

Dənizə çatmayan çay,Heykələ dönməyən gil.Buluddan doğmayan Ay,Və... Neqatifdəki şəkil .

Ağrılı bir millətinYanlış çəkilən dişi.Yurd dərdini qürbətinCanına çəkən kişi.

Ya inkar et, ya bəyənO hədər,bu da hədər.Özü gedə bilməyənYerlərə sözü gedər.

Günə əyilən başıBoynu bükük bir ümid.Ona nə ad yaraşır,Nə ad dedin?-Tərəddüt.Dünya ona dört divar,Qürbət üzünə pərdə.Nə olduğu yerdə var,Nə olmadığı yerdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri