Qəbir yeri
Yaz olar, yarpaqlar yoxdan var olar,Tanrının kölgəsi düşər üstünə.Yenidən ilk bahar son bahar olar,Payız baharların durar qəsdinə.
Çiçəyi çırtlayan bahar nə bilsin,Gedib qışa düşər yazın kölgəsi.Kimin qarğışıydı: kölgən kəsilsin,Qısalar ömrünün uzun kölgəsi…
Ölümə çarə yox! Ümiddən əl çək,Nə səbir? Bu dünya səbir yerimi?Yazın əvvəlinə açılan çiçək,Solub nişan verər qəbir yerimi…
Quluqsa, biz kimin qulluğundayız,Ölümmü doydurar gözü acları?..Məzar torpağımı öpər hər payızPələş yarpağıyla göz ağacları...
Gedən gedərgidir, mənim-sənim yox,Çıxılmaz dərdlərə vətən-bir ölüm.Mən nə istəyirəm, sonda mənim yox,Allahın xoşuna gedən bir ölüm...
Kölgələr çəkilər, bitər yır-yığış,Ölüm saatını fələklər qurar.Gizlənib içimdə köks ötürər qış,Hardasa haqqımda yaz qeybət qırar.
Bir cür başa vurur hər kəs ömrünü,Boşuna soluxmur açılan çiçək.Göylərə boylanın mən ölən günüGögzlənən işarət göydən gələcək..
Hərəniz bir işin tutun qulpundan,Nə dərdə gərək var, nə çək-çevirə.Qazın məzarımı, yaz buludundan,Gün şəfəqlərinin düşdüyü yerə…
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-qebir-yeri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şair Məhəmməd Hadi’yə*Adaşım, bu tarix təkrar olundu
Unudulanların şairiTüstüsü kənara çıxmaz hər odunHaqqı bulanların şairiyəm mən.
Qırxıncı qapıyam sirrim bilinməzQırxıncı qapıyam sirrim bilinməz,Bir sir ki, nə ahşam, nə sabah bilər.
TərəddüdlərNə qədər üzmək olarilhamın məhəlli sularında,-
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bu hevâ gubârıyiçün düşelüm biz oda suyaYa libâs ide visâlin ya vücûdı küllî soya
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.