Bu yol bir qismət yolu
Bu qapının önündənBaşlanır qürbət yolu.Bu yolu biz seçmədikBu yol bir qismət yolu.
Yum gözünü, qürbətəGedən yolları bağla.Ağlasan da başınıKöksümə qoyub ağla.
İki sinə bir ürəkBaş başa qalsın bir az.Yaşın könlümə axsınDərdim yumşalsın bir az.
Yeri yaratdığındanGöyün başı dərtdədir.Biz qürbətə düşəliTanrı da qürbətdədir.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-bu-yol-bir-qismet-yolu
← → düymələri ilə keçid, R — təsadüfi şeir