Üstə
Neçəki cavansan könlünün quşuÖtər şirin-şirin budağın üstə.Hər ağac altında bir sürü yatarYüz şamama bitər bir tağın üstə.
Elə ki, qocaldın düşərsən dərdə,Sazın qan ağlayar hey pərdə-pərdə.Yarından yaralı pərvanələr dəYanar şamın üstə, çırağın üstə.
Könül təbiətdən gör nəyi sordu,Özünə düşmənmi öz doğma yurdu.Hayatda dərdə bax barama qurduÖzünə tor qurar yarpağın üstə.
Hani ilk məhəbbət—o şirin anlar,Bir candan can alıb gör neçə canlar.Axırda Məcnuna dönər cavanlarBir güzəl, bir lalə yanağın üstə.
Ay Məmməd, sabahdan gəlsin sorağın,Vahtında qədrini bil yaşamağın.Həyat vuruşmadır beş arşın ağın,Birdə ki, bir qarış torpağın üstə.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-uste
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara