Səni
Bir dərdin peşində ölüb gedərdim.Bir dağın döşündə ölüb gedərdim.Yaşın on beşində ölüb gedərdimSəni gözləmişəm, bəlkə də səni.
Səni ümidimi kəsib tapmışam.Küsəyən bəxtimdən küsüb tapmışam.Şeir diyarından gezib tapmışamTapmışam bir ayrı ölkədə səni.
Örpəyin olmağa çən həsrət çəkər.Çiçəyin olmağa dən həsrət çəkər.Kölgəyə çəkilsən gün həsrət çəkər,Sevər gün də səni, kölgə də səni.
Yaş ötüb, arxamdan zaman sıxsa da,Acığa düşərim ,bu acıqsa da.Qoy çıxsın yolunda canım çıxsa daÜrəyim unutmaz hiç vədə səni.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
قتلتَني بِلِحاظٍ و ذاک عینُ حیاتي
Kim olmaz vəslinə sənin tələbkar?Kim görsə hüsnünü olmaz biqərar?
Bəs ki, verir cəfaləri hərdəm səfa mənəBəs ki, verir cəfaləri hərdəm səfa mənə,Şadəm ki, daim eylər o gülrüx cəfa mənə.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün