Bağça uşaqlarıdurna qatarıYapışmışlar bir-birindən-Düzülüblər lələk-lələyə,ətək-ətəyə.Hələlik iradələri böyüklərin əlindəQarışıb bir-birinədilləri, rənkləri,bəlkə də ürəkləri...Onların bu birliyiyaşıl işıq yandırır,maşınları dayandırır.Bəlkə ordular da dayanarbu birliyin önündə,kim bilir.AmmaQəribə bir sual oyanır məndə:Görəsin böyüyəndə necə?Böyüyəndə, böyüyəndə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri