Uzun-uzun işləkləriqışa qalan bu qarın.Yaz açılsa, göz açılsasırr qalacaq sirri yox!Qara qoçu, ağ qoçu vargedər-gəlməz yollarınNağılların əvvəlindəbiri vardı, biri yox!

Bu gecənin qaranlığıqaçırıbdı yuxumu.Ürəyimdə bir nəğməninaçılacaq səhəri.Qara-qara barmağıylatopraq sıxır tohumu,Sıxır, sıxır, sıxıldıqca arpa,buğda göyərir.

Ömrüm-günüm əllərimdənçıxıb gedir keçmişəO illərdən, o aylardanbaşarırsın yığ məni.Bir fürsətəm, girəvəyəməllərinə keçmişəm,Sıxılmağın xeyri varmışzaman, zaman, sıx məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri