Anam Gülzarın əziz xatirəsinə

Biz dört nəfər idik.Təpəl qoyun idi,Gəzəl alma idi,Anamdı, məndim.Gələcək həyatın xatirəsinəBizi atmışdılar Yer kürəsinə.Anam gözəlliyin gəlinliyiydi,Alma meşələrin pöhrəliyiydi,Mən isə bəşərin körpəliyiydim.Vaxtınız olanda sıxın bir məni,bir görün nəyəm?!-Ana çörəyiyəm,alma şirəsiyəm, qoyun südüyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar