Əbədiyyət yolçusu
Bu qəbristan yolu sənsiz inan ki,Qəmlı duyğularla doludur, ana.Bu adi yol deyil,ölümün sanki,Həyata uzanan qoludur, ana.
Sənsiz təbiət də susub elə bil,Donub qalmışımmı mən öz yerimdə?!Ana, ağır olan cənazən deyil,Analıq haqqındır çiyinlərimdə.
Nə deyim həyatın qanunlarına,Gör niyə fəryadlar qoparıram mən.Sən məni dünyaya gətirdin, ana,Sənisə dünyadan aparıram mən.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-ebediyyet-yolcusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir