Yaman darıxmışam səninçin,ana
Bəstəkar Oqtay Rəcəbov üçün
Nəfəsin üzümə dəymir nə vaxdır,Əllərin qapımı döymür nə vaxtdır.İntizar qalmışıq gör bir nə vaxtdır,-Yaman darıxmışam səninçin, ana.
Düşmərəm bir özgə arzuya sənsiz.Gəcələr getmərəm yuxuya sənsiz.Yiyəsiz bir evdir bu dünya sənsizYaman darıxmışam səninçin, ana.
Səni bu həftələr, aylar istəyir.Saçın tek ağaran çaylar istəyir.Dünyanın özü də layla istəyir,Yaman darıxmışam səninçin, ana.
Ömrüm bir qayıqdır-limanı sənsən.Həyatın beşiyi, ünvanı sənsən.Gümansız könlümün gümanı sənsənYaman darıxmışam səninçin,ana.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-yaman-darixmisam-senincin-ana
← → düymələri ilə keçid, R — təsadüfi şeir