Hardasa ümid yeri var,Arayıb soran olsa.Hardasa çıxış yoluSonuna varan olsa.

Azmı bəxti gətirən,Harda, nəsə var yəqin.Ümidini itirənTəsəlli tapar yəqin.

Nə gələn var, nə gedən,Nə irəli, nə geri.Ümidini qeyb edənÖzü bir ümid yeri.

Odunu oda yaxın,İtik itiyə çıxar.Yerdə yanan ocağınTüstüsü göyə çıxar...

Baxtın yığvalı yeyin,Haqqı bulduğu yerdə.Yada düşər hər şeyinUnudulduğu yerdə.

Gönçənin içində gül,Arının içində-bal.Hər sinədə bir könül,Və hər könüldə xəyal...

Dünyada bir gözəllik,İz dəyişir gözəllik;Nə artır, nə azalırÜz dəyişir gözəllik...

Bir zəminin sabahıGizlimi bir toxumda;Ümid, harda-burdasan,Nə işin var yuxumda?

-Nə əl açıb baxta yalvar,Nə fal açıb bax tasa.Hardasa ümid yeri var,-Ümid yeri hardasan?...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri