Aləmi bürüyən qar,Gün vurub əriyən qarNecə də şirin-şirinHopub gedir torpağa.Yoxsa bizi öyrədirDönüb torpaq olmağa...

Torpaqdan çıxan sularBulağa, çaya dönür,Həftəyə, aya dönürUzanır zaman kimiAlışan, bir gün sönür...

Bu payız-sarı yarpaq,Tökülər yarpaq-yarpaq,Yarpağın keyfinə baxNə can atır torpağa...Bu yarpaq torpaqdımı,Bu torpaq yarpaqdımıBu imişmi yaşamaq?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən