Xaru xəstək, sədəf içrə gövhər olmaqdan isə,Nökər ol aləmə kim, taci-sər olmaqdan isə.

Təlx güftarın ilə rəncidə et xalqı müdam,Xoşdur acı danışıq ləbşəkər olmaqdan isə.

Cəhl ilə eyni səadətdü cahanda yaşamaq,Çalışıb, elm oxuyub bəxtəvər olmaqdan isə.

Yeydir aləmdə hünərsiz yaşamaq insanə,Dar dünyada əbəd pürhünər olmaqdan isə.

Milləti-qəmzədənin hali-pərişanından,Yaxşıdır bixəbər ol, baxəbər olmaqdan isə.

Düşmək ahəntək ayaq altına çox izzətdir,Dəsti-sərrafdə kim simü zər olmaqdan isə.

Qoymamaq eyni səadətdir, ucalsın fələkə,Bir dirəxt ki, min il barvər olmaqdan isə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale