Bu gecə
Bu gecəni yata bilsəm,Arzum başa çatarmı?Qulağına bir söz desəm,Ürəyinə yatarmı?
Baxtın yetim balasıyam,Bu gecə də yetimmi?Desə qalaq, qalasıyam,Desə gedək, gedimmi?
İşdi getsəm...udur gedənSəhərə tər çıxacaq.İşdi qalsam, bu gecədənÖlü xəbər çıxacaq.
Ha fikrimdə bir şey sayam,Sayam birdən üçəcən.Yer üzündə mən tənhayam,Ürək yalqız, gecə çən.
Möhlət bitib, vaxt qurtarıb,O kimdir qıyya çəkir.Bəlkə elə hal aparıb,Ruhumu suya çəkir.
Neçin ərşə çıxıb yuxum,Görən saat neçədir?İlahi, bu doğulduğum,Ya öldüyüm gecədir?
Nə “xeyirəm”, nə “bəliyəm”Bir ildir, bir saniyəm.Ya min ilin əvvəliyəm,Ya min ilin sonuyam.“Öldü”,”qaldı” can həvəsi,Çırpınır bir kəlimədə.İynə kimi bir quş səsi,Bu gecəni dəlmədə.Varmı məni xəbər alan,Xəbər verən sorguma?Sabahacan oyaq qalanBir it kimi yorgunam.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-bu-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir