O hansı nurani qocaydı görən,Ya elə qeyibdən gələn səs idi,Dedi:--Tələsməyin ömrün yazında,Sizə paxıllığım tutur cavanlar,Hara qaçırsınız—yaya çıxmağa?!Yaşayın qış ilə yaz arasında.

Sonra işləyəcək görünməz əllər,Sonra ehtiraslar soğulacaqdır.Sonra soluxacaq türfə gözəllər,Təzə məhəbbətlər doğulacaqdır;O hansı nurani qocaydı görən?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri