Allahım, qulunsam əyərQanadını üstümə gər..Ümidim daşlara dəyər,Düşəndə əlim yanıma.

Ya bir kənara at məni,Ya yenidən yarat məni..Bu verdiyin həyat məniAparır ölüm yanına.

Ölən ölüb candan keçər..Qalan qalıb yandan keçər,Sənə yol hayandan keçərHayandan gəlim yanına?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri