Yarpaq düşdü budaqdan ölümün səsi gəldi..
Yaz boylandı uzaqdanPayız gecəsi gəldi.Yarpaq düşdü budaqdanÖlümün səsi gəldi..
Payız son urasıylaBəxtini buldu getdi.Bağların arasıylaQışa vuruldu getdi.
Eşitdinmi o səsiÖlümün səsi mənəm.Yarpaq bahar meyvəsi,Məzar meyvəsi mənəm.
Mənəm düşən o yarpaqSonu gəldi ilkimin.“Doğuldu” deyən dodaq,“Öldü” deyən dil kimin?
Tabutumun taxtasıBoylanır hansı dağdan?Qusul suyum yol gəlirGörən hansı bulaqdan?
Gözümü bağlayan əlBəxtimi yazan əlmi?Qədərimi yazan əlQəbrimi qazan əlmi?
Ver ölüb diriləniGörüm asanmı ölüm.Axırda tapdım səniTapmacasanmı, ölüm?
Mənə yol göstərməyəGöndərdin dərdi bəlkə?Bu ölüm şeirləri,Səndən xəbərdi bəlkə...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-yarpaq-dusdu-budaqdan-olumun-sesi-geldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Gecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Salam, dostumNə qədər şirindir ömrün günləri,İnsan yaşadıqca yaşamaq istər.
Budur, Gülşa özün qılmaq məzari-yar qurbaniBir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.