Tale quşu
...Günəşmi qanad çaldı,Bəxtinmi doğuşuydu?Göyərçindi, qartaldı,Ya da tale quşuydu..
Qonmağa yer gəzirdi,Gəlib yuxuma qondu.Bu açılan nə sirdi,Bu gəlinən nə sondu?
Sirrin fərqinə vardı,Çırpındı var gücüylə.Bir ağ kağız çıxardıLələyinin ucuyla.
Dodaqaltı deyindiDimdiyi-sul oxu:-Bu sənin taleyindiAça bilsən, al oxu.
Yetər, gözlədin yazı,Axır çərşənbə-yazdı..Bəxtim kimi kağızıAçdım ki, bəmbəyazdı.
Yoxsa haqqın səsiydi,Yoxsa dərdin çarəsi.Bilməm nəyin nəsiydi,Ya...nəyin işarəsi.
Tanrım, bu necə qədər,Tanrım, bu necə yazı?Üçüncü gözümmü var,Oxuyam bəmbəyazı...
Yuxu.. sirrin nəfəsi,Üzümə toxunurdu.Bəxtin sual cümləsiGözündən oxunurdu:
-Dil anlamaz asilər,Mən deyim sən yaz,-dedi.Tale göydə yazılar,Yerdə oxunmaz dedi..
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-tale-qusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Ayaqyalın, başıaçıq bir uşaqHər gecə üşüyə-üşüyə döyür qapımı;
Necə tale məni etmiş dəNecə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Fəraqın qəm əliylə canımızda bir tikan qırdıDeyərdin, uçdu bir ox, zindana dəydi, haman, qırdı.