Daha mən səninçin keçilmiş yolam,Oxunmuş kitabam, dərilmiş çiçək.Dönüb innən belə lap qızıl olam,Ya ki, daş parçası nəyinə gərək.

Axı, hər çiçəyin ömrü bir dərim,Köksündə nar kimi yetişib yürək.Nəyinə gərkdir yorğun əllərim,Dalgın xəyallarım nəyinə gərək.

Çatar qulağına uzaq sorağım,Yaxın ülfətimin dərdini az çək.Nəyinə gərəkdir solan yanağımSoluxan dodağım nəyinə gərək?

Qyma məhabbətin cavan çağına,Payız həsrət çəkər yaz yarpağına.Ölmüşəm, qalmışam nəyinə gərək,Harada qocalmışam nəyinə gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar