Sevinçlər gendən keçdilər,Ardınca əski yasların.Dostlarım məndən keçdilərBaşından keçdim dostların.

Günlərim keçmişə getdi,Gördüm gələcək yasımı.Yazanı dadıma yetdi,Oxudum alın yazımı.

Açdım bütün ümitləriİçindən boş vədə çıxdı.Vətənin bütün yollarıAxırda gürbətə çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri