Ay Vətən, nə tez unutdun,Bağrına badaş oğlunu.Neylədi ki ucuz tutdunÇıxardın çıxdaş oğlunu.

Yön çevirdi, baxdın yana,Yaxılanı yaxdın, yana.Öz əlinlə verdin, anamYollara yoldaş oğlunu.

Güzarını hara saldınAğ gününə qara saldın.Vurub ayaqlara saldınBeş kişidən baş oğlunu.

Baxt əymişdi, sən də əydin.Söz yayıb xətrinə dəydin.Barı bir dama hörəydinBu yığvalı daş oğlunu.

Hər yetəni bəymi sandın,Yadı bizdən yeymi sandın,Məmmədi ögeymi sandın,Dünənki qardaş oğlunu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri