Qüdrətdən aləmə xalı sərilir,Xoş baharın çəmənzarı gələndə.Ürəklər sevinir, qollar gərilir,Güloğlanın nazlı yarı gələndə.

Ağlayanda göz yaşımı silmədin,Oxşayıb, öyrənib dərdim bilmədin,Dindirmədin, güldürmədin, gülmədin,Könlümü almadın barı gələndə.

Cavanlıq şövq salır tər çiçəklərə,Qocalıq son qoyur ər oğlu ərə,Güvənmə özünə, aldanma zərə,Gün xoş keçir xeyirkarı gələndə.

Cavanlıqda yar könlünü yar alır,Gün keçir qocalır qəlbi daralır,Xəzan əsir, gül-çiçəyi saralır,Dağlar susur, yatır qarı gələndə.

Miskinli Vəliyəm gəldim əfsana,Yazıb-yaratmadım qala nişana,Xəstəyəm, könlüm al zarafatyana,Gəl aç, yar, yaramı sarı gələndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar