Lövhi-qələm nədən oldu ibtida?Kimlər göz dikmişdi nuri-Əhmədə?Həqiqətə bəli deyən kim oldu?Guşuna gələndə xoş nəzmi-səda.

Biri acı oldu, birisi şirin,Biri döndü tənqid etdi fikirin,Biri peşman oldu dəyişdi yerin,Sözüm həqiqətdir eyni məqsədə.

Kim idi özünü eylədi acı?Şikəstə könlümün nədi əlacı?Peyğəmbər nə günü qıldı meracı?Necə ayə gəldi ya Məhəmmədə?

Şiri-xuda Cəbrayılın ustadı,Şiri-Yəzdan, Heydər, Əlidir adı,Müşküllər pənahı, könül muradı,Doğru qullarına veribdi vədə.

Əzbərimdi Allah, Məhəmməd, Əli,Fatma, Zəhra həqiqətin gözəli,Həsənə, Hüseynə qul olan Vəli,Meyli, məhəbbəti var beş kimsədə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq