Ey ürək sirdaşım, dərk edir başım,Sənin möhnətindir, mənim möhnətim.Qiymətli qumaşım, ləlim, daş-qaşım,Sənin sərvətindir, mənim sərvətim.

Qəlbimdə bir çiçək, açıla ürək,Xoş ola gələcək, xoş ola dilək,Şən məclisə gələk, şən olaq gülək,Sənin minnətindir, mənim minnətim.

Vəli yanır oda, bir xoş murada,Yalvarır arada qoca dünyada,Bir kamil ustada, bir təmiz ada,Sənin hörmətindir, mənim hörmətim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri