Mübarək olsun
(bəy tərifi)
Bu əziz gününə gəlir ellərin,Görüm a bəy, toyun mübarək olsun!Bar versin gəncliyin, gülsün günlərin,Görüm a bəy, toyun mübarək olsun!
Qulluq eylə yaxşı mətləb qanana,Sənə can deyənə, candan yanana,Hər an sevinc gətir ata-anana,Görüm a bəy, toyun mübarək olsun!
Günəşdən nur alsın torpağın, daşın,Hörmətə, qüdrətə ucalsın başın,Şən olsun həyatın, qohum, qardaşın,Görüm a bəy, toyun mübarək olsun!
Ali məclisinə cavan çağında,Hatəm süfrəsi aç toy otağında,Arxalı dağ kimi el qabağında,Görüm a bəy, toyun mübarək olsun!
Diqqət verin aşıqların səsinə,Yasdı balabanın xoş nəğməsinə,Nəmər lütf eyliyin qız yengəsinə,Görüm a bəy, toyun mübarək olsun!
Atana, anana, nazlı yarına,Bir bağ sal bağından elin barına,Yara nəsillərə, oğlanlarına,Görüm a bəy, toyun mübarək olsun!
Miskinli Vəliyəm keçdikcə çağlar,Unutmaz tarixlər yadında saxlar,Zaman-zaman deyər gələn qonaqlar,Görüm a bəy, toyun mübarək olsun!
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-mubarek-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Mən öz tariximi varaqlayıram,Romanın ən qədim kitablarında.
Vaveylayi-nifrətTəməddün əhli olmuş elm ilə alim, ziyalanmış.Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış,
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Bax-baxHanı Ağbabanın uca dağları,Bir başımdan qalxan dumana bax – bax!