Nədəndi?
Alır silahını atırsan nəyə,Atdıran nədəndi, atan nədəndi?Yaxşı insanları yaxşı diləyə,Çatdıran nədəndi, çatan nədəndi?
Zərin gətir zərgərinə satana,Qatil, qəddar ələ keçdi satana,Ellər deyər xalqa yalan satana,Satdıran nədəndi, satan nədəndi?
Aşıq Vəli gəzər dağı, aranı,Yaxşı insan sakit eylər aranı,Qal qaldıran qana qatar aranı,Qatdıran nədəndi, qatan nədəndi?
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-nedendi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bir ovuc qar
Həkim çox qulaq asdı,Ürəyimi yoxladı.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Hübbi-vətənXoşca tənzir etməyə övladi-millət halını,Lövheyi-vicdanə təhrir et vətən amalını.
Mənim İncimNə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,