Yazda, yayda al geyinən dağları,Qış gələr qarşıya qar alar yenə.

İstərsə gədəni, istərsə şahı,Yazar çərxi-gərdiş, qaralar yenə.

Yerin hərarəti cəng ələ çəkər,Leysan gələ çəkər, çən gələ çəkər,Qəza qəddin əyər, çəngələ çəkər,Açılan irəngin qaralar yenə.

Vəli, yaz dərsini, ha lala yetir,Sidqi dilək dilə halala, yetir,Açılar, qızarar ha lala yetir,Qalar sinəsində qaralar yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale