Ay qız sənin mah camalınBahar fəsli yaza bənzər.Gözlərin cannar alandırQamətin şahbaza bənzər.

Bülbül oxur gül içindəVəzfin çıxıb el içində.Yaşılbaşsan göl içində,Çırpınmağın qaza bənzər.

Sinən nişanıdır qarın.

Məmən məzəsidir narın.Səndən ayrı düşən yarınArtıx dərdi yüzə bənzər.

Sənin kimi gözəl olmaz,Yar yarını dərdə salmaz.Beinsafsan, ay dilbilməzYandı bağrım közə bənzər.

Gözüm qaldı uca boyda,Gülə xar qonur nə fayda.Vəli deyər isti yaydaSinən sərin buza bənzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar