Hiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.Rütbeyi-idbar ali, payeyi-iqbal pəst,Şərtəsi kəm, taleyi dun, bəxti varun olmasın.Xərməni-sə’yin yığub, silabə vermişlər kimi,Hasili-ömri ziyanü mayə məğbun olmasın.Bu siyəh bəxti-əzəl getdükcə oldu müstəməndKimsənin əhvalı əvvəldən digərgun olmasın.Kim tə’ami xuni-dil olsa, şərabi dərdü qəm,Nigər içün, naseha, ol necə məhzun olmasın.Görsən ər bu bağara, ey Sərv, o gül rüxsarımıSöyləgil kim bağban keydinə məftun olmasın.Çün Məsihi, guşeyi-qəmdə bəla ərbabıyam,Mülkəti-Cəm, təxti-Dara, gənci-Qarun olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar