Pəs dedi ona qılub nəzarə,Key sərvəri-zümreyi-sitarə,Ey Rüstəmi-rəzm, bəbri-xüftan,Çün rəzmə olanda gərm cövlan,Açsan kimə dideyi-sitizə,Oldu nəzərin təmam nizəGər qılsa biri sana nəzarə,Binalığidin dutər kənarə.Ta çıxdun əyağ qoyub rikabə,Ta rəxşini saldun iztirabə.Yeddi iqlim olub müsəxxər,Sikkə zərə urdu həft kişvər.Nə faidə, ey çiraği-dövran,Sübhün mana oldu şami-hirman.Hər fərdə yetişdi feyzi-cudin,İlla mana yetməz oldu sudin.De qandasan, ey özünə məğrur,Hər kamilədür zəvali-məşhur.Bulduqda zəval irtifa’ın,Sınduqda o nizeyi-şüaın,Şəb çün batasan siyəh libasəMəntək, bozula sına əsasə.Ol dəm duyasan məali-dərdim,Hali-təni-zarü ahi-sərdim.İncə ona dökdü daneyi-razTavus oldu şikari-şəhbaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri