Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,
Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Dəbistani-məlalətdə verür hər ləhzə ləb açsam,
Müəllim dərsi-novmidi mənə bəxtim kitabından,
Bizə ol müddəi bidad cövrin hədən aşurdi,
Əcəb ol səngdil vəhm eyləməz yarın əzabından.
Cəfa hərçənd edər zahir burub yüz himməti-xatir,
Əl üzməz qönçə dək ol bağbanın ictinabından.
Yetişmiş əhli-bəzmə dövrdən bin nəş’eyi-rahət,
Xümari-dərdi-sər yetdi mənə dövran şərabından.
Nə qəm, talanə getdi cümlə malım şükrilillah kim,
Hesabın aldı qurtuldum qəmim yövmül-hesabından.
Degil layiq verəm dərdim, Məsihi, nisbət əğyarə,
Mənəm əvvəlki qəmfərsa cəhanın müntəxabından.
Vərqa oxumaqda nəqşi-fərdi,
Tür sinəsində hənuz dərdi.
Gülşayə bu şivə oldu zahir,
Əzmi-səfər eyləmiş müsafir.
Firqət ələmi qılub müşəvvəş,
Şövq urdi məta’i-səbrə atəş.
Namusi buraxdı bir kəranə,
Əfğani yetürdü asimanə.
Çabük ələ dutdi daməni-yar,
Dil açdı ki, ey olan vəfadar,
De başın içün nədür bu halət,
Ayrılməgə eyləmək icalət.
Göz görmədi seyri-rəngi-ruyin.
Eşitmədi can məşami-buyin.
Fikrin nəvü bu nəçük səfərdür,
Kimin sənə şövqi rahbərdür.
Gördün kimi yaxu kimni andun,
Tərk eyləyübən məni usandun.
Ver sən mənə, ey şəhiri-afaq,
Qəmdin mənim oldu taqətim taq.
Gəzməkdə sənin bu olsa halın,
Saxsa durub atəşi-xəyalın.
Pəs rəhm edə görgilən fəqirə,
İnsaf gətür bu guşəgirə.
Hicran güni qəm açan əbvab,
Düşvar degilmi eyləmək tab?
Ey bülbüli-baği-inbisatım,
Arayişi-rövzeyi-nişatım.
Gər ömr ilə eyləsən cüdalıq,
Dutsan yüzə rahi-bivəfalıq,
Olmaz mənə səndin özgə bir yar,
İqrarımdur əvəlki iqrar.
Bir gül degiləm mən, ey həbibim,
Hər gün ola tazə əndəlibim.
Ey mərhəmi-sineyi-figarım,
Əldə necə vardur ixtiyarım,
Qəm çəkmə ki, saxlaram səlamət,
Tapşurduğini mənə əmanət.
Eylər dünü gün dua məni-zar,
Tanrı ola xandasan nigəhdar.
Meylim budur olmuyam fəramuş,
Yadım ola yaduna həmağuş.
Çün getməməgində yox əlacın,
Tərk etməgi xahişi-məzacın.
Vergil mənə bari bir nişanə,
Ta hirz edəyim gəluyi-canə.
Yadın bilə ola yadigarın,
Arami-dili bu biqərarın.
Həngami-fəraqi-nagüzirim,
Şayəd ola əldə dəstgirim.
Həddən aşurub fəğanü zari,
Əngüştərin aldı yadgari.
Bir növ ilə ol qəmə giriftar,
Dərdi-dilini qılurkən izhar,
Ruyi-məhə yağdurub sitarə,
Bu bir qəzəli oxidi yarə.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-menem-ki-derde-kan-oldum-siriskim-le-li-nabindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahənşahi-fələk qədrü Süleyman cahü İsa dəm,Vəliyi-haqq imamü müqtədayi-cümleyi-aləm.
Bu, təhriri-mətalibdə tələbdür xamədin yariEy yunisi-bətni-huti-zindan,Vey xızri-təriqi-abi-heyvan.
Budur tə’rifi-şahi-dinpənah ol şah AbbasınOl padşəhi-bülənd payə,Məh peykərü aftab sayə.
Bu qəsidə dəxi ol sahibqiran şə’nindədürŞahənşahi-bülənd əxtər, səriri-mülkətə sərvər,Xudayi yarü tovfiqi qərinü dövləti çakər.
Başqa şairlərin şeirləri · Eşq
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.