Bu, təhriri-mətalibdə tələbdür xamədin yari
Ey yunisi-bətni-huti-zindan,Vey xızri-təriqi-abi-heyvan.Ey harisi-gəncdani-əsrar,Vey tişei-nöh’ filizzi-əfkar.
Ey zadeyi-mülki Bəhrü Babil,Vey taciri-müşki-Çinü Kabil.Ey cümleyi-şey’idin mükəmməl,Şanında nişani-xəlq əvvəl.Ey qaliyə zirü deyyi-kəhriz,Qoy tişrə qədəm olub səbük xiz.Dəmdür açub, ey hümay sayəVer anın ilə cəhanə vayə.Sən Yusifə bəs bu sənci-hirman,Sal məhdi-ayağ dut ol xüraman.Pa qoyməsə idin ər miyanə,Bab açmasan ər o gəncdanə,Dür qalmaz idi nişan sədəfdin,Ayrılməz idi göhər xəzəfdin.Çox cövhərə az olub xiridar,Az kimsə olurdu danişə yar.Bu şüğldə mən ki, dutmuşəm rah,Vacib olasan mənimlə həmrah.Sən get yolu, mən kəsim mənazil,Mən toxm düzüm, sən ol əvamil.Bu məşğələdə ki, ziri-barəm,İmdaduna çox ümidvarəm,Salma mənə dideyi-həqarət,Bilmə məni sahibi-xəsarət.Gər zahiri pirü guşəgirəm,Qəm içrə bəlalərə əsirəm.Liykən var əlimdə badeyi-zövq,Başımdə həvayi-sağəri-şövq.Sövda mənə verdi istitaət,Düzdü qəmi-eşqdən bizaət.Ol cinsdən eylə qıldı ərbab,Açdım qəmuyə o gəncdin bab.Hər kim mənə eylədi nəzarə,Məndin ona düşdü bir şərarə.Faş etdi məni sədayi-sazım,Dağıldı cəhanə gizlü razım.Dud atəşə aləti-xəbərdür,Xurşidə şüai rahbərdür.
Rəncurə ki, dərd qılsa tüğyan,Müşkül olur ona mən’i-əfğan.Çün sineyi-ney dolar həvadən,Təskin ona yetişür sədadən.Ahi-dili-dərdməndü miskin,Həqqa ki, verür o dərdə təskin.Çün qoymadı şövq məndə taqət,Kəsdi məni xəstədin fərağət.Səbr etdi səfər qılub vidai,Tərk eylədi mənzili-nizai.Saldı məni vadiyi-fəraqə,Ol ərsədə suzi-iştiyaqə.Nə daməni-yarə dəstrəs var,Nə razi-dərunə həmnəfəs var.Yandurdu könülnü dərdi-pünhan,Gördüyü tənimni nari-hirman.Vacib mənə oldu çarü naçar,Təqrib ilə dərdim etmək izhar.Gər düzməz olam səda o sazə,Gər durmaz olam rəhi-niyazə,Eylər bəni ol hərif pamalMəğlub olur anda surəti-halDüzmək özə eybdür fəsanə,Çəkmək özünü kişi miyanə.Yekdür ki, dutam rəhi-gürizi,Alam ələ şüğli-nəqli-bizi.Vərqa sözidin qılam rəvayət,Gülşa üzünə düzəm hekayət.Məşğul ola ta dili-fikarım.Həm qala cəhanda yadgarım.Təskin ola dərd o köftgudin,Qafil ola azim arzudin.Gər pərdə çəkildi ruyi-karə,Bu fərddə qeyr olub şümarə.Liykən oxuyan bu nəqşi-fərdi,Anlar ki, nədür bəyani-dərdi.Məlum edər əhli-dərd kimdür,Bu dərd içində mərd kimdür.
Kim növ qıldı bu köhnə daği,Kim tazələdi bu əski baği.Zahir ola rənci pasibanın,Hər gülbünə sə’yi bağbanın.Gər olmasa rənceyi-kədivər,De qanda bulurdu bağ zivər?!Pəjmürdə görüb o bağrü raği,Qeyrət mənə rəf’edüb fəraği,Tə’mirinə iztirab qıldum,Ol atəşə dil kəbab qıldum.Lafım məni qıldı aləmə faş,Yoqdur mənə bir rəfiqi-qəmtaş.Sən dut əlim, ey əsayi-Musa,Qoymə yıqə şüğli-fikrü sövda.Səndin əgər olmaz isə yari,Mən aciz olur ədu fikari.Çox xəsm, məni-fəqiri-biyar,Qıl başın içün sədaqət izhar.Olgil bu səfərdə rəxşi-rahim,Dur eylə bülənd pay gahim.Yetür məni barigahi-şahə,İltür gəl o şahi-din pənahə.Güldür qəmu binəva nəvasi,Lazım qəmuyə anın duasi.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-tehriri-metalibde-telebdur-xamedin-yari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
Tovhiddürür bu bir qəsidəTovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
Bu, nə’ti-rəsuli-müctəbadurBu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Başqa şairlərin şeirləri
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Qara gözlərO gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
VəsiyyətƏya mütii-mətai-cahani-buqələmunSənə vəsiyyət edim bir kəlami-xoşməzmun