Qara gözlər
O gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmamSəhər-axşam var bir duam:Gözlər, gözlər, qara gözlər!Göylərə etməm etibar,Beş ildir könlüm intizarTanıdığım, bir Tanrı var:Gözlər, gözlər, qara gözlər!
Diləklərim erkən soldu,Könlüm fəryaddan yoruldu,Nə istərdim... nələr olduGözlər, gözlər, qara gözlər!
Siz bir gözəllik Tanrısı.Mənsə bir tale ayrısı,Könlümün ilham pərisiGözlər, gözlər, qara gözlər!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-qara-gozler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.
Parisdən-Tehrana“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Başqa şairlərin şeirləri · İlahi eşq
Çox oldu ürəyinin diqtəsinə baxmadın,İlğımlar qova-qova yulğunlar qucaqladın,
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Soruşma halımı, ey dil, bu halım çox pərişandırSoruşma halımı, ey dil, bu halım çox pərişandır,Fəraqi-yardə əzbəs çəkib qəm, könlüm al-qandır.
Xosrov və Şirin, fəsil 108Məsumlar haqqında düşəndə söhbətŞah dedi: "Rəsuldan mənə söhbət et.