Ey kamili-şiveyi-əğani,Sazəndeyi-bəzmi-kamrani.Aldun qopuzun, durub bərabər,Tərğib edübən cidalə əsgər.Noldu dutuban təriqi-salif,Oldu mana gərdişin müxalif?!Ey novhəsərayi-bəzmi-zari,Zəxmin mana zəxmi-dilfigari,Məndin sana yetdi de nə təqsir,Ol surə nədür bu şurü təşvir?!Sən qandənü lafi-cəngü mərdi?Nisbət mana zuri-həmnəbərdi.Ol qövsi-kəmançanın səhami,Ol bərbətü təblü ney nizami.Həqqa qəmu cəhlidür cəlafət,Sazəndəyə dəviyi-şücaət.Tənburəvü udü cəngü mizmar.Qovğa günü udədür səzavar.Ta sınmaya saxla əldə sazın,Sındurma təharəti-nəmazın.Dur bir dəxi cəngə urgilən çəng,Əvvəlki məqamə düzgil ahəng.Yoxsa verəm eylə guşimalın,Bağrın dələ çəng görsə halın.

Yüzə dağudub kəmança saçin,Göstərmiyə xəlqə şəkli-xaçin.Yox Zöhrədə gördü rəzminə tab,Az qaldı ki, Zöhrə eyləyə ab.Andın çevirüb inani-himmət,Xurşidə yetürdü rəxşi-hiddət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri