Bu, şəbxundə alub qayıtdığıdur Əmr Gülşanı
Çün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.Bildi ki, od aldı nəxli-külfət,Yox faidə dəxi qıla ülfət.Öz-özünə fikr edüb o məl’un,Cəzm etdi ura o qövmə şəbxun.Şayəd ki, bula vüsali-dilbər,Ol dürcdin ala əqdi-gövhər.Çün zaği-zəmanə açdı balın,Saldı yerə sayeyi-vəbalın.Tavusi-fələk olub hisari,Ol məşğələdin dutub kənari,Şahənşəhi-Çin olundu məğlub,Ceyşi-həbəş oldu mülkə mənsub.Xaqani-nəharə yetdi idbar,Rayatini eylədi nigunsar.Divi-şəb açub yədi-tətavül,Ləşkər yeridüb düzüb qəravül,Ta göz aça dideyi-zəmanə,İlqar ilə yetdi ol məkanə.Kim cəm’ idi anda nazəninlər,Təşvişi-zəmanədin əminlər.Məşğuli-sürur mərd əgər zən,Nə bimi-ədu, nə xövfi-düşmən.El cümləsi qafil ol bəladən,Kim nə yetər onlara qəzadən.Ruz oldu qərini-şami-nikbət,Yağdurdu bəla səhabi-külfət.Şəbxun olara yetürdi düşmən,Şay əhlinə şivə oldu şivən,Nagah olara yetişdi yaği,Sərsər yeli sovdurub çiraği,Kim göz açdı töküldü yaşi,Baş qavzadi kim kəsildi başi.
Ol məzrəə düşdü bərqi-atəş,Çün zülfi-təban olub müşəvvəş.Saldı ələ Əmr arzusun,Yə’ni o cəmaətin ərusin.Düşdükdə ələ o dürrətül-tac,Ol fövcə açıldı dəsti-tarac.Düşdü ələ gövhərü zərü sim,Həm vəzni-xəraci-həft iqlim.Qafil gecə xəsm zurdəsti,Naçar olara verüb şikəsti,Yüz gizlədi cümlə yarü əğyar,Sər neyləyə olmaz isə sərdar?!Hərçənd qoşun ola dilavər,Qafil ona həmlə qılsa ləşkər,Axır gedüb əldən ixtiyari,Dutar yüzünə rəhi-fərari.Hiç anlamadı o cəm’i-məğlub,Talib kimü qanda vardı mətlub?Məclis dağulub pozuldu ain,Oldu çü Benat nə’ş Pərvin.Hər fərd qılub özünə çarə,Bin hiylə ilə çıxub kənarə,Göstərdi o zülmi-pür qəramət,Ol cəm’ə nümuneyi qiyamət.Ayrıldı qız atadan, anadan,Əldən-ələ düşdü ol bəladan.Damad ərusin eylədi güm,Ər övrətə qılmadı tərəhhüm.Kim qaçdı çıxardı müft-cani,Baş saxladı verdi xanümani.Əksər el olundu qətlü ğarət,Rahat güli oldu xari-möhnət.Zur eylədi Əmrə dəstgiri,Gülşani qılub anın əsiri.Bulduqda o zülmdin fəraği,Qayıtdı səbükrəvan o yaği.Kəsb eylədi kam o müddəadən,
Çıxmaq dilədi rəvan aradən,Bozduqda o dun ara qəbili,Dutdu yüzə gəldüki səbili.Vəhm eylədi ol pəlidü xunxar,Əhya əgər olsalar xəbərdar,Nagah dönə şiveyi-tətavil,Qurtulmaq aradan ola müşkil.Çün şaməti-Şam olundi axir,Sübh eylədi rayətini zahir.Bami-fələk üzrə kusi-zərrin,Çaldurdi-düzüb bir özgə ain.Göstərdi ələm dağıtdı pərçəm,Ol xosrovi-çar rükni-aləm,Cəm’ oldu o qövmi-dil pərişan,Didə giryanü sinə büryan.Hər birə cəfa qılub zəmanə,Ev yıxmışü pozmuş aşiyanə.Sayə olar üzrə salmış idbar,Qılmış qəmuni bəlalərə yar.Vərqayi-həzinü zarü əfkarNə dil əlidə, nə daməni-yar.Çıxmış dutulan şikar əlindən,Dökmüş badeyi-xümar əlindən.Bir növ ilə qıldı ahü nalə,El cümləsi ağladı o halə.Dərdi-dilini qılub şümarə,Yağdurdi o məcməə şərarə.Ol firqətə yarü hicrə həmsər,Bu bir qəzəli oxur mükərrər.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-sebxunde-alub-qayitdigidur-emr-gulsani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından
Təmamiyi-süxənÇün söylədi ol kigari-tənnaz,Cananəsinə həqiqəti-raz.
Bu, Vərqayi-həzinin hali-xaludəndür əxbariBir qafiləyə yetişdi rahi,İstəşdi durub Səlim şahi.
Əvəlki cəngidür bu qövmi-Əntərbirlə VərqanınTa göstərdi Sekəndəri-ruz,Mir’ati-cəmali-aləm əfruz.
Başqa şairlərin şeirləri
Sarmaşıqlar titrərkən sərin sular başında,Tək-tək düşər onların saralmış yarpaqları,
BaşımaZalım fələk, səndən şikayətim var,Aman fələk, nə gətirdin başıma.
Ər kişiEy könül, hacətini etmə tələb hər kişidənGər durub şey diləsən, barı dilə ər kişidən
Meşənin sükut doluMeşənin sükut doluQucağında durmuşam.