Sarmaşıqlar titrərkən sərin sular başında,Tək-tək düşər onların saralmış yarpaqları,Hələ meşə yaşılkən, hələ hava ilıqkən,Dağlar başın qar alır, çöllər olur sapsarı.

Hələ axşam olmadan, günəş dağda sönmədən,Möveşlin buz kölgəsi dərələr içrə enir,Yaşıl ipək geyimli Arıtutan quşların,Hər günkü şən səsləri yay keçmədən qəmlənir.

Axar sular durulur, kölgələr də uzanır,İlıq gündə yollardan keçən yorğun yolçular,Bulaqların başında düşüncəli oturub,Kölgələnən bağlara uzaqlardan baxarlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri