Bu, Vərqanın Ütaridlə təriqi-macərasudur
Netdim sana ey dəbiri-aləm,Vey səfhənəvisi-fərdi-adəm.Mizan düzüb etmədün şümarə,Qafil o hesabi-karü barə.Təhvilə görədür al hesabın,Gör fazilimi, kəs iztirabın.Yox faidə yazmağında baqi,Göndərmə mühəssili-fəraqi.Ver dəftəri-bəxtimin səfasın,İslah edə gör olan xətasın.Təqvim açubən bax ittisalə,Gör fərdi bərat yaz vüsalə.Dutsan bu yüzə təriqi-ehmal,Döndərməsən ər bu haldən hal.Övraqi-dəfatirini asan,Bir dəm durub eylərəm pərişan.Yox səndə təriqeyi-mübazər,Yıxmış səni fikri-həşvü bazər.Təblin buraxub yaşur ələmni,Sal oda dəvat ilə qələmni.Ey gəcrəqəmi-hesabi-dəftər,Vey rişvəsitani-həft kişvər.
Nadir əgər eyləsən rəqəm rəhm,Səhvin səqəri ani qılur zəxm.Səndin mana yetdi çün xüşunət,İncinmə əgər qılam xüsumət.Gördü çü Ütaridi hərasan,Nahidə dedi o mərdi-meydan.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-verqanin-utaridle-teriqi-macerasudur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsbabi-təhəmmüli-ərusi,Qılduqda hilalə paybusi,
Bu, vəsfin eşidüb Əmr ölmağı Gülşayədür aşiqSaqi, nə durur bu rəsmi-bidad,Çıqdı fələkə nəfiri-fəryad.
Bu, şəbxundə alub qayıtdığıdur Əmr GülşanıÇün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.
Yetüb əmrə hümam, ilqar ilə cəng etdigidür buDuyduqda xəbər şəhü sipahi,Ol vaqiə rəmzini kəmahi
Başqa şairlərin şeirləri
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.