Key mah nədür sənin xəyalın,Gəh naqisü gəh olan kəmalın?Nöqsanü kəmalə irdigündən,Həm nami əmusənü əmuzən.Guya olara qərabətin var,Səndin dəxi külfət oldu izhar.Üzdə sipərindür abginə.Sana nə rəva təriqi-kinə?!De ayinənin nədür səbati,Bir ahilə rəf’ olur sifati.Dur saxla bu gün əlində camın,Rəf olmuya taki nəngü namın,Ta görmüyəsən bu zərbi-dəsti,Vermə özünə, bizə şikəsti.Yoqdur sana çünki istitaət,Bir özgə əlindədür iradət.Yüz göstərə yetəsən kəmaləGər olmuya dönəsən xilalə,

Pəs məhzi-xətadür urduğun laf,Ey saf zəmir, özün ver insaf.Bilmə özüni qəni, gədasan,Dəryuzeyi-fəqrə mübtəlasən.Şahid onadur bu rəngi-kahi,Ainən irsə eyləgil nigahi,Çün yox idi qüvvəti-cidali,Pəhlü ona mah qıldı xali.Pəs açdı Ütaridə səri-kiş,Aldı əlinə xədəngi-dilriş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri