Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm,

Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal.

Dəhr bir bazardır, hər kim mətain ərz edər:

Əhli-dünya – simü zər, əhli-hünər – fəzlü kəmal.

Kim ki, məndən nəf’ bulmaz, istəmən nəf’in onun,

Ol ki, yox nəf’im ona, nəf’i mənə olmaz həlal.

İstəmən nadan mənə gər versə gənci-simü zər

Kim, əvəzsiz malə nadandan təsərrüfdür vəbal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət