Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə
Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə...
Özlərinin inan ki, yox fəhmü zəkası bir belə...
Mən kimi aqil olsalar şüğl edələr oğurluğu, -
Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə...
Cümlə maarif əhlinin haləti göz önündədir, -
Vəchi – məaşı bir belə!.. Dərdü, bəlası bir belə...
Madəri – elmə söylənir Məryəmə söylənən tühəm,
Elmin anası bir belə!.. Cəhlin atası bir belə...
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?
Dərsin əzası bir belə!.. Xəlqin ədası bir belə...
Kitabxana.az · https://kitabxana.az/works/sabir-tohmet-edir-qezetciler-meseri-nasi-bir-bele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
CavanEyvanımız ucadır,Nökərlərim xocadır,
Ax!..Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladı-vətən xam idi!
AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ HÖRMƏTİM ARTIRAçıldıqca sənin sübhün, mənim də hörmətim artır,Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Gəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
Ay nədən oldubağlama-qıfılbənd***Yerin, göyün, ərşin, kürsün, insanın
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
Yaralı Kərkükün bugünlü xoyrat və maniləriBir yanım Mosuldurbir yanım Ərbil,