Bu gün, ey dust, dilmürğini olmaq kəbab istər,O mə’mur eyləyən məzrə’ni ömr ilə xərab istər.Xümari-badeyi-əyyamdən bəs incimiş xatir,Qoyub baş yerə ta sübhi-qiyamət didə xab istər.Fəna istər özünə xatiri-naşadımız əmmaCəhan olduqca cananın məzacın kamyab istər.Necə əncüm saya hicran düni bu çeşmi-xunbarım.Olubdur dilgiran sübhi-əcəldin aftab istər.Dili-ləbtəşnə dərya sahilindən təşnə ovd etsə,Degil qəm sağərü peymanəvü cami-şərab istər.Bu gün çün arzudə iddiamız sidqə şamildür,Sözü rədd olmayıb pünhan duasın müstəcab istərDemən burdu Məsihi nişə rüx bu arzulərdin,Degil qafil o aqil axirin hüsnülməab istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana