Gülşa bu kəlami eyləgəc guş,Nə söz, özün eylədi fəramuş.Əqlin başa vergəc ol pərizad,Yeritdi necəsi qıldı fəryad.Pəs söylədi: – Ey tən içrə canım,Vey kamdəhi-dilü rəvanım.Mən acizənin yox ixtiyariKim ola sənin ilə mədari.

Yoxdur sənə dəxi dəsti-zurum,Vəslinlə müdam ola hüzurum.Necə ola cövri bu bəlanın,Halı nə ola bu mübtəlanın.Əkməkdə şəmameyi-nəvidim,Var idi vüsalə çox ümidim.Peyvəstə xəyali-vəsl edərdim,Tərtib ona fər’ü əsl edərdim.Gəh rəxt düzüb, gəhi şəmayil,Arayişə xatir idi mayil.Güm oldu çü ol qərəz aradən,Mə’yus oldum o məddəadən.Hala qəmudən ümid döndi,Novmidlik ilə can söndi.Pabənd ola necə bir əlayiq,Necə çəkə minnəti-xəlayiq?Yegdür ura püşti-pa vücudə.Sənsiz nedərəm bu cismü cani,Səbr ilə rəvan verəm rəvani.Saldı məni çünki getdi dildar,Olmaq nə rəva müsahib əğyar?!Yetsə xəbərim ki, öldü Gülşa,Gəl qəbrimə eyləgil tamaşa.Dirlikdə çü olmadı ərusi,Xakim qıla bari paybusi.Öldüm demə vayə ver əmindənKəsmə gəl əlimni damənindən.Qafil məni anda bilmə, ey yar,Gəl üstümə kim mənəm xəbərdar.Ta sən qoyasan qədəm o xakə,Ruhum saça nur o fərqi-pakə.Haşa ki, şəhidi-xəncəri-eşq,Gərdənnəhi-qeydi-çənbəri eşq.Fövt olmağilə ola fənasi,İtə ol aradə müddəasi.Ləb bağladı bu söz üstə razə,Filhal bu şe’ri düzdü sazə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq