Bu, qovğadə hümamın içdügi şəhdi-şəhadətdür
Çün aləmə doğdi bizeyi-nur,Afaqə dağıldı gerdi-gafur.Zağ oldu nihan, göründi tavus,Şəm’ oldu əyan yaşundi fanus.Meydanə girüb xürusi-cəngi,Açdı ələmi-dümi-pələngi.Təprəndi yerindən iki ləşkər,Ləşkər demə ki bəhri-ovxər.Avazi-fəğani-kusi-zərrin,Ol cəm’ə verürdi mərg təlqin.Hər qövmdə bu idi əqidə,Kim fəthdin ol olur güzidə.Şah əvvəl qıldı cəngə ahəng,Ahəngə düzüb səlasili-cəng.Durdu qıldı düzüb silahi,Arəstə qəlbivü cinahi.Seydinə açub üqab bali,Tib eylədi ləşkərə hilali.Rəzmə pəhi-gicgə dutdı Vərqa,Naçar o biqərari-qovğa,Verməzdi hümam cəngə rüxsət,Bu mən’ indi ona dami-möhnət.Gürdan ona dutdi rahi-məqsəd,Yə’cuci-əduyə bağlayub səd.Geymiş qamusu libasi-cövşən,Fuladə batub çü kani-ahən.Qoymuş başa cümlə xudi-fulad,Qan tökməgə hər birisi cəllad.Kim həlqələmiş kəməndi-piçan.Almış ələ gürzü cəngə qalxan.Kim almış əlinə mar nizə,Ram eyləmiş əf’yi-sitizə.Almış ələ bir xədəngi-dilduz,Çəkmiş biri tiği-xanüman suz.
Gərdi-səmi-badpayi-navərd,Geydürdi cəhanə cübbeyi-gərd.Ol ərsədə pəs hümami-nami,Sıçratdı səməndi-tündgami.Səbr etmədi gördi çün qənimi,Qərz almağa gözlədi qərimi.Ol Əmr dəxi düzüb sipahin,Durmuş gözədüb hümam rahin.Meydanda çü xuki-tir-xürdə,Xar olmiş o rəxneyi-nəbərdə,Əgninə geyüb libasi-matəm,Tə’rizdə rəcəz oxur dəmadəm.Nisbət özünə verüb şücaət,Öz-özə satub alur bəzaət.Fəryad edər, ey cəmaəti-dun,Əqlə kəmü rayü fikrə məğbun.Aya nədən uydunuz məhalə,Durub özü saldunuz vəbaləGər mərdsiz eyləyin səbati,Meydanə salın inani-ati.Siz xarə, bu qövmi-səng xarə,Saçsın niyə yenglədin şərarə,Töküb meyü sınduram o cami,Vərqavü hilal ilə Hümami.Bir-bir oları qılam giriftar.Salam ələ yenglə daməni-yar.Hərçənd ki, canə düşmənimdür,Ta canım ola o can mənimdür.Bel bağlaman ol silahü sazə,Var fərq o kəbk ilə bu bazə,Adabi-cidaleyəm müsəlləm,Məndin yeyə rəm hüjəbrü zeyğəm.Mən rəzmdə Rüstəmi-zəmanəm,Mərrixi-səmayə həminanəm.Əl ursam əgər kəmanü kişəDurmaz yüzümə hər bozi-bişə.Bu rəsmə minüb səməndi-lafə,
At sürdi o ərseyi-güzafəHər yan duruban edərdi cövlan,İstərdi özinə mərdi-meydan.Nagah yetişdi baz açub bal,Seyd etməgə yaymış ona çəngal.Şir eylədi həmlə ol gürazə,Ta ruyi-sinanə verə qazə.Çün anladı Əmr o macərani,Rədd eylədi zərbəti-sinani.Növbət ona verdi çün sitizə,Qıldı şəhə bəs həvalə nizə.Göstərdi çü taleyi büləndi,Rəf eylədi şəhdin ol gəzəndi.Fürsət bulub eylədi təkapu,İldurdi əduyə nişi-suku.Gördü anı Əmri-zişt girdar,Qalmadı əlində hiylədin bar.Ta urmiyə ilk mari-əf’i,Vacib görünür əlacü dəf’i.Vəhm arturub ona iztirari,Əl urdi dutub gəluyi-mari.Bin sə’y ilə qıldı zuri-bihəd,Ol nişi özündən eylədi rəd.Müşkül özə gördü ol bəlani,Rədd etməgi qoymadı cidani.Alım dedi saldı piçü tabə,Tab etmədi nizə ol əzabə.Yox verməgü almağında çarə,Oldu neyi-nizə parə-parə.Şəh nizədən oldu dəsti-xali,Düşmən ona verməyüb məcali,Qıldı ona pəs həvalə nizə,Bənd etdi sinan o nagürizə.Çün gördü Hümam o madi-xunxar,Ol gənc təsərrüfinədür yar.Çaldı ona tiği-bərq razi,Qət’ eylədi külbeyi-gürazi.
Çün düşdi neyistanə atəş,Durdu ol iki olub kəmankəş.Qövsi-qüzeh oldu aşkarə,Dökdü yerə bərqdin şərarə.Bir-birini qıldı tirbaran,Gülbünlərə qönçə oldu peykan.Oldi tən’i-ol iki əcəlgir,Çün cövşəni-xar püşt pür tir.Çeşmi-zireh etdi xunfəşani,Göstərdi cərahəti-nihani.Çün cə’bədin oldu tir xali,Şəmşirə yetürdilər cidali.Urdi ol iki şücai-meydan,Bir-birinə zəxmlər nümayan.Tən parələnüb söküldi cövşən,Can çıxmaq içün açıldı rövzən.Çeşmi-zireh oldu dami-pürxun.Tənlər içidə nəhəngi-Ceyhun,Ta zöhr çalışdı iki xuni,Heç bir-birin olmadı zəbuni.Durmuş rəhi-intizarə ləşkər,Ta kam ola qansiyə müyəssər.Gördü muni anladı xəlaiq,Heç biri degil birinə faiq.Gər belə keçə bir-iki saət,Can edə ol iki mərgə qarət.Düşdü oda ləşkərivü əqvam,Fikr eylədilər munu sərəncam.Təğyir verüb olan qərarə,Hər kim ala şahını kənarə.Leyk anlamayub işin məalin,Duymadı biri-birin xəyalin.Bu fikrə iki tərəfdən ahəng,Olduqda quruldi yenlədin cəng.Gürdani-ərəb olub səbükxiz,Ol arayə oldular inan riz.Rəf’ eylədilər rüsumi-mə’va,
Bir-birə qarışdı iki dərya,Hər qövm qılub birə himayət,Pərçəm açulub tikildi rayət.Bir-birə yetüb o seyli-hamun,Adab bozuldi, sındı qanun.Kim çəkdi qılıc, götürdi qalxan,Yusif çıxıban, buşandı zindan.Kim tirü kəmanə yazdı bazu,Kim gürz ilə oldu həmtərazu,Kim nizəyə saldı zuri-pəncə,Kim xəncərə eylədi şikəncə,Ol rəzmi-bəladə zərbi-şəmşir,Bir bərq idi xanə suzü cangir.Əzbəs ki, atıldı tirü zubin,Gög oldu zəmin səqfi-çubin.Ta uçmuya ruh görgəc azar,Damü qəfəs oldu səhmi-ədvar.Başlar kəsilüb çözüldi ləşkər,Ləşkər bozulub yıxıldı peykər.Canə əcəl eyləmiş məhəbbət,Cəhd ilə dilər vüsalə fürsət.Vərqa atası qəmilə bimar,Gərm etdi cidalə sazi-bikar.Tiğin kimə eyləsə həvalə,Verür ona mərgdin nəvalə.Kimə yetə əf’iyi-sinani,İlk andan alur hədiyyə cani.Sayə kiminə salur üqabi,Görməz dəxi nuri-aftabi.Kimə yetə sərsəri-əmudi,Xaki-rəh olur anun vücudi.Açanda o həlqeyi-kəməndi,On şirin olurdu dəstbəndi.Bu rəsm ilə ol yəli-cəvanbəxt,Ol rəzmdə qıldı kuşeşi-səxt.Hər yan təpüb ol hüjəbri-bibak,Başlar kəsüb etdi sinələr çak.
Miğfər yerə saldı, sökdi cövşən,Qopardı qiyamət ol təhəmtən.Cəhd eylədi zur edüb silahə,Ta zöhri yetürdi ol rəvahə.Həm özü götürmüş idi yarə,Həm dərdinə eyləmişdi çarə,Yüz baş kəsubən yüzə cərahət,Urmuş idi göstərüb şücaət.Gürdani-Büneyni-Şeybə əksər,Baş saxlayuban qopardılar sər.Etdi əcəl onlara tərəhhüm,Zülmatə ziyasın eylədi güm.Əncamə yetüb zəmani-tufanAramişə yetdi mövci-ümman.Ayrıldı pəs ol sipahi-xunxar,Döndi gerü yurda çarü naçar.Çün mənzilə saldı bari-məhmil,Ol bar ilə rövşən oldu mənzil.Şəb ləşkər edüb ədu şümarə,Min olmuş idi vəli se barə.Ölmüşdü bu qövmdən beş yüz ər,Hər birisi bir guruhə sərvər.Yetmişdi hümami-namdarə,Yetmiş yedi yerdə zəxmü yarə.Ol gecədə kəsrəti-cərahət,Sundu ona şərbəti-şəhadət.Çün anladı əsli-müddəani,Dutdu rəhi-kişvəri-bəqani.Qıldı yelə dutduqi şikari,Asudəlik oldu karü bari.Bu dövr ilədür cəhani-məkkar,Mehmankeş olupdurur bu qəddar.Kim qondu ona, yedürdi nanın,Ol nan əvəzinə aldı canın.Yetdükdə o qövmə bu müsibət,Çıxdı gögə dudi-daği-həsrət.Quruldi əza, dutuldi matəm,Güm oldu nişan, bozuldi xatəm.
Liyk etmədilər küdurət izhar,Düşmənləri olmasın xəbərdar.Pünhan edüb atəşi-dəruni,Ta xəsmə duyulmasın zəbuni.Ol gecədə düşdügü məlalə,Döndərdi hilali çün hilalə.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-qovgade-humamin-icdugi-sehdi-sehadetdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.
Bu, xətmi-nüsxə bir mö’cizdür ol xətmi risalətdənSaqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.
Vəsiyyətdür bu fərzəndi-əzizəEy qüvvəti-püşt, meyveyi-dil,Sənsən çü nihali-ömrə hasil.
Bu, axir qövlə vermək şəh adilə zibü zinətdürTubilik, ey bəridi-məqsud,Saldun əlinə kilidi-məqsud.