Ey qüvvəti-püşt, meyveyi-dil,Sənsən çü nihali-ömrə hasil.Vacib mənədür sənə verəm pənd.Dutgil ani olasan bərumənd.

Yetişdi əlif hesabi nunə,Qəddi-xəm onadurur nümünə.Dəhr eylədi təcrübə viasi,Can oldu təcarib aşinasi.Ol rahü rəvişdə ömri-acil,Var əksərinə hənuz racil.Fövt oldu çü fürsəti-cəvani,Zinhar ötürməgil sən ani.Əvvəl sənə bu durur əmanət,Qılma ol əmanətə xəyanət.Təklifə qoyan zaman əsasi,Vacibdür o gün xudaşünasi.Pəs al daməni-şəriət,Kim rəhrövə rəh odur həqiqət.Qoy şər’ə ülum ilə binani,Ta anlıyasan nə müddəani.Bir elm ki, şər’idə rəfiqin,Olmaz, qoy o yol degil təriqin.Ol danişi qılma dam nanə.Zinhar çü mərdümi-zəmanə.Hər qapuda öznü xar qılma,Biizzətü e’tibar qılma.Açgil yüzə babi-kəsbü pişə,Göstər özünü qəni həmişə.Miknət verə əl, dur et fərağət,Gər olmasa eyləgil qənaət.Müğlis ki, anın yox ola səbri,Küfrə çəkər ani fəqr cəbri.Demə birə dərdi-faqə zinhar,Yetməz sənə sud olursan xar.Tərk eylə məhal içün həvəsni,Təprətmə o rahdə cərəsni.Himmət sərf etmə cəmi-malə,Kim mali-nəvalədür zəvalə.Bay et özü hikmətü hünərdən,Kim bu iki əmnidür zərərdən.

Olmaz hünər əhli xarü möhtac,Qanda ola fərqi-qədrədür tac.Nəfs istəginə həvəs yamandur.Sudi qəmu mayeyi-ziyandur.Açma yüzünə düruğ babın,Salgil suya dəftərü hesabın.Getmək öz-özünlə narəvadurQeyr evinə bitələb xətadur.Qıldı bu şivə çoxləri xar,İzzət götürüb kəm etdi miqdar.Qoyma dişrə çıxa əyalın,Nagah həram olur həlalın.Cəhl ilə təkəbbür etmə zinhar,Xəlq içidə olma gözlərə xar.Yetsən kimə ilk ver səlami,Bul payeyi-izzü ehtirami.Ləb qiybəti-şəxsə açma zinhar,Cəhd eyləgil olma mərdümazar.Xəlq ilə kəm eylə aşinalıq,Kim yoxdur o şəm’ə rövşənalıq,Qət’i-tə’mə eylə izdivacın,İncimiyə kimsədin məzacın.Kim qılsa xüsumət aşkara,Mümkün ola eyləgil müdara.Gər qılsan anı həvalə səbrə,Səbr əcr verür yə’qin o cəbrə.Bənd olmuya ta ki, şanə rişə,Yalquzluq ilə keçür həmişə.Ol halətü vəz’ kim sənindür,Sayən bilfərz düşmənindür.Cəhd eylə o gündə dutmagil yar,Ta yetmiyə sənə tə’ni-əğyar.Möhtac əgər olasan rəfiqə,Qıl meyl bu badeyi-rəhiqə.Zövqü çoxü təb’ü nəfsi salim,Tə’mi xoşü nəş’əsi mülayim.

Həqqa ki, mənim bu üç kitabım,Rövşəndür olardin aftabım,“Vərqa Gülşa”vü “Danəvü Dam”,“Zənburü Əsəl” üçüncüyə nam.Hər sazdədür biri nəvasənc,Hər razdədür birisi min gənc.Gər xu duta anlara məzacın,Qalmaz dəxi yarə ehtiyacın.Çün bədr ola mahtab salın,Saxla özünü yığub xəyalın.Gər sayılasan düşüb miyanə,Yarın ola gərdişi-zəmanə,Alimlər ilə dur eylə söhbət,Dut cahildə kənar, nifrət,Çün xülqi-rəfiqdür müəssir,Aldanmıya taki, nəfsi-kafir.Ver nəf’ birilə olsən ənbaz,Xərcin gərək ola dəxlidin az.Adət üzə qılma hərzəguyi,Doldurma o zəhridin səbuyi.Möhtac ola rəhmin eylə rəhmət,Rəhmətdür olar yolunda zəhmət.Tərk eylə libasi-sürxü zərdi,Zira o degil kəmali-mərdi.Kudək sifət olma rəng əsiri,Övrət geyə yaxşıdur həriri.Qıl özünə zinəti ədəbdən,Təsbihi-ədəbni qoyma ləbdən.Ta cəhd var hirsi az et,Qüddusilərə durub nəmaz et.Görsən nə o cinsə verməgil dil,Asan işini gəl etmə müşkil.Çün yox durur ehtiyacə qayət,Ol şüğlidə kəsmə gəl fərağət.Hər işə ki, rayın edə yari,Hazır bil oradə kirdgari.

Gər olsa sənin bu e’tiqadın,Açılsa bu nüsxədə səvadın.Mane sənədür o gahü bigah,Hər vizrü vəbalə gözləsən rah,Qalmaz dəxi pəndə ehtiyacın,Ol şivədə xud dutar məzacın.Dövran çü mənə yetürsə növbət,İçürsə durub şərabi-rəhlət.Unutmagilən məni duadən,Məhrum etmə o müddəadən.Qurtulmaz əgər bu pəndi-gənci,Gər eyləsə kimsə nüktəsənci.Liykən bu sənə qılur kifayət,Hifzində gər etməsən kəhalət.Az bilməyüb olgilən xəbərdar,Hər pəndə durur nəticə büsyar.Meylin hər işə olursa dilxah,Hər canibə dutsa arzu rah.Yarın ola hifzi-ovni bari,Ta olmuyasan həva şikari.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri