Bir kimsə göndərmir xaricə məni,Şair var, yollara baxır müntəzir.İllərlə görməyib doğma kəndini,Hər ay bir ölkəni dolaşıb-gəzir.

Adı el içində düşüb qiymətdən,Geyimi bahalı, şeri ucuzdur,Bir yığın kitabla gəlir qürbətdən,Vətəndə kitabı oxucusuzdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən