Gəncə üsyanı
Tarix qisas aldı tarixçilərdən,yaşadı yaddaşda Gəncə üsyanı.Öldük, içimizdə ölmədi vətən,torpaqda və daşda Gəncə üsyanı.
Gəncə şəhər deyil, Gəncəbasardı,əriş-arğacıyam mən bu yolların,Kürəyi – zirehli dəmir hasardıGəncədə doğulan mərd oğulların.
Sinələr gülləyə hədəf oldular,gəlinlər vuruşdu əlində silah.Yeridi üstünə “qızıl” ordular,göy susdu, yer dindi: Allah, ay Allah!
Millətə şöhrətdi qadın hünəri,bir canın sözünü neçə can deyir.Gəncə darvazası gedəndən bəri,burda hər darvaza bir üsyan deyir.
Həmid Sultanovun dar ağacından,Moskva razıydı, xain razıydı.Bir gözəl özünü asdı saçından, –Gəncənin dünyaya etirazıydı.
Torpağın bəlkə də son səngərininamərdin əliylə dağıtdı namərd.Gəncədə sınadı mauzerini,Əlheydər Qarayev...ağırdı bu dərd!Şeyxi hüzuruma çağırın görək,səsində, sözündə bir az od olsun.Özü bir fatihə oxusun gərək,şəhid gedənlərin ruhu şad olsun.
Mən sənə heyranam Gəncə torpağı,karvanın kəhrizdi, dağdı, çinardı.Asın eyvanlardan üçrəng bayrağı,GƏNCƏ ÜSYANINDANbir yadigardı.
noyabr, 1992
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-gence-usyani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aysel, Gülsel, İmamətÜç bacıdı – qiyamət.
Qızıl lələk nağılıkalmık xalq nağılı əsasında*Keçmişlərin birində,
Qafqaz“Qafqaz özünün ümumdünya-tarixi*əhəmiyyətini bir daha nümayiş etdirdi.*
CavidŞair könlüm, nə var yenə köyrəlibsən uşaq kimi,alışırsan öz-özünə haqdan yanan çıraq kimi.