Görkəmli alim dostum Rüstəm ƏliyevSaraya yasin oxuduMüəllif

“Yasin” oxuyurdun, ey sinədəftər!...yazana min rəhmət, deyənə əhsən.Sənə süfrə açan o zərif əllərçəngəl təktorpağa düşdü süfrədən.

Köhnə qəbristanın yeni bəzəyi –can deyib yandığım, can sirdaşıydı.Birinci hədiyyəm – nişan üzüyü,sonuncu hədiyyəm – bu baş daşıydı.

Nədir bu dünyanın gizli oyunu,kimdir bais olan bu göz yaşına?Mən burda torpağa basdırdım onu,o, evdə yuxuda çıxdı qarşıma.

Bir az geciksəydim, gözü yol çəkər,adı yox, o özü yeganəm idi.Bir düyməm qopsaydı, əlüstü tikər,çiynim əzilmişdi, biganə idi!

Beləcə ilahi bir ağrı ilə,kökləndim mən Quran surəsi üstə.Bu necə kitabdı, –oxunur hələölünün, dirinin süfrəsi üstə?!

Qəbrilə üz-üzə canlı bir insan! –bəlkə də sözümün canı bundadır:Bu necə hikmətdi, –dünyada qalandünyadan gedənin hüzurundadır.

Böyük kürsülərdə adı çəkilən,“Yasin” tapşırırdı bir ada burda.Millətin toyuna, yasına gələnyaraşır toya da,yasa da burda.

25 dekabr, 1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri