Mücavir olmağıdur bu şəhin ol mərqədi-pakə
Çün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.Pəs çıxdı o qəbr sinəsindən,Zahir oluban dəfinəsindən.Baş çəkdi iki nihali-həmbər,Biri sərv, biri sənubər.Çıxduqda iki nihali-mə’ruf,Hər bir olmuş birinə məlfuf.Şəh bağlıyub anlara iradət,Edərdi gəhi gəlüb ziyarət.Axir muna düşdü rayi-şahi,Ol məşhədi edə təxtgahi.Çün şah o səkanə saldı sayə,Sayə o zəminə verdi vayə.Ol şəhr əhli gəlüb təmami,Bay ilə fəqirü xasü ami.Görmüşlər idi çü rahəti-dil,Cümlə ol aradə dutdu mənzil.
Şəh hər kişinin görürdü şanın,Şanə görə mülkdin nişanın.Yazdurub edərdi ona təslim.Təslim ilə göstərürdi təkrim.Verüb ona məune imarət,Bu rəsmə edərdi ol riayət.Gördükdə şəhin təfəqqüdatın,Xas ilə əvamə iltifatın,Doldu ev ilə dəştü səhra,Bir şəhri-əzim olundu peyda.Əlqissə, o Məşhədi-münəvvər,Hacətgəhi-aləm oldu əksər,Zira kişi bulduğu muradın,Arturdu xəlayiq e’tiqadın.Şah olmaduğu vəfadə qasir,Qıldı o məzarə kalmücavir.Açdı üzünə dəri-mübərrat,Hər gün qılar idi tazə xeyrat.Bu rəsmə keçürdi ol mədari,Ta axıra yetdi ruzgari.Tərk etmədi və’z ol əhli təkin,Təhsin ona, səd həzar təhsin.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-mucavir-olmagidur-bu-sehin-ol-merqedi-pake
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əldən aldun, ey fələk, nəqdi vüsali-yarımı,Eylədün ümman sirişki-çeşmi-gövhərbarımı.
Bu, qurtarmaqdurur Vərqa nigarın dəsti-Ə’dadənOl katibi-varidati-adəm,Ol mümliyi-vaqiati-aləm,
Bu, qovğadə hümamın içdügi şəhdi-şəhadətdürÇün aləmə doğdi bizeyi-nur,Afaqə dağıldı gerdi-gafur.
Bu, Vərqanın atası fövtdin ahü fəğanidürVərqayi-həzin çü gördi ani,Divarının uçdi püştbani.
Başqa şairlərin şeirləri
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Eşidib ölməgüvi şəhrdən öldüm, getdimEşidib ölməgüvi şəhrdən öldüm, getdim,Eylə, ey mah, məni tərki-səfərdən ehya.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.